Oyunçular üçün · tutto tətbiqi

Meydança, komanda, hesab.

Boş saatı tap, bron et, məbləği komanda arasında böl. Kim gəlir, kim ödəyib, hamısı bir oyunun səhifəsində.

Oyunçular üçün · tutto tətbiqi

Boş saatı axtarma, gör.

Kəşf bölməsində yaxındakı meydançaların boş saatları xəritədə və siyahıdadır: bu gün, sabah və yeddi gün qabağa. Lazım olanı seç, qalanı gizlənsin.

tutto tətbiqi, Kəşf: boş saatlar siyahıda
tutto tətbiqi: sifariş, 22 oyunçu və ödəniş növü
Bron və ödəniş

Saatı tut. Hesabı böl.

Bunlar tətbiqin öz ekranlarıdır: neçə nəfər oynayır, ödəniş növünü seç, ödə, saat təsdiqlənən kimi dostlarını oyuna çağır. 22 nəfərlik oyunda hər nəfərin payı 4,10 ₼.

  1. 01Bütöv saat, yeddi gün qabağa

    Bir, iki və ya üç saat. Yarım saatlıq bron yoxdur, cədvəl hamı üçün aydındır.

  2. 02On dəqiqə sənindir

    “Təsdiqlə və ödə” basanda saat on dəqiqəlik saxlanılır. Bu vaxt başqası onu tuta bilməz.

  3. 03Tam, depozit və ya nağd

    Depozitin faizini meydança qoyur. Nağd seçimi yalnız nağd qəbul edən meydançalarda görünür.

  4. 04Məbləği bərabər böl

    Hər oyunçu öz payını tətbiqdə ödəyir. Kim ödəyib, kim yox, oyunun səhifəsində görünür.

Bron haqqı qiymətə daxildir, üstünə gəlmir. Oyuna üç saatdan çox qalmış ləğv etsən, bron haqqından başqa hamısı kartına qayıdır. Meydança ləğv etsə, hamısı qayıdır.

Oyun günü

Kim gəlir, kim ödəyib, bir səhifədə.

Bron edən təşkilatçıdır. Oyunun səhifəsində dostlarını çağırır, kassanı izləyir, komandaları bölür. Oyundan sonra hamı bir-birini qiymətləndirir.

Dostlarını çağır

Linki WhatsApp və ya Telegram-a at, ya da nömrə və Fan ID ilə birbaşa dəvət et.

RQKHFƏTMESOTNBSA
8 / 12gəlir
WhatsAppTelegramInstagramSMS
FAN ID və ya telefon

tutto-da olmayan nömrəyə SMS gedir.

Kassa

Hər oyunçunun payı görünür: ödəyib, nağd deyib və ya hələ yox. Ödəməyənin yerinə sən də ödəyə bilərsən.

Toplanıb
70 ₼ / 120 ₼
qalıb 50 ₼2 nəfər nağd deyib
  • FƏFərid Ə.Nağd deyib
  • TMTural M.Ödəyib
  • ESElvin S.Ödəməyib
  • OTOrxan T.Ödəyib
  • NBNicat B.Ödəməyib
Ödəməyənlərə xatırlat · 3 nəfər

Qırmızı və Göy

“İki komandaya böl” oyunçuları səviyyəyə görə bərabər bölür, qapıçıları ayrı tutur.

Qırmızıgüc 23
  • RQRauf Q.QAPIÇI
  • VKVüsal K.
  • NBNicat B.
  • TMTural M.
  • ESElvin S.
  • SASamir A.
Göygüc 19
  • OTOrxan T.QAPIÇI
  • KHKamran H.
  • ARAyxan R.
  • MİMurad İ.
  • FƏFərid Ə.
  • CNCavid N.

Oyundan sonra

48 saat ərzində komanda yoldaşlarına ulduz verirsən. Qiymət anonimdir, profildə orta bal görünür.

Kamran H.
Tural M.
Elvin S.
Rəqib komanda
Oyun tap

Bir nəfər çatmır? Tap.

Təşkilatçı oyunu açıq elan edir, şərtini yazır. Sən müraciət edirsən, o qəbul edir. Nömrələr yalnız iki tərəf razı olanda paylaşılır.

Bu gün · 21:002 oyunçu lazımdır
Sahil Futbol · 5×5Öz payını ödəyir
Sabah · 19:001 oyunçu lazımdır
Yasamal Arena · 6×6Pulsuz gəlir
Cümə · 22:003 oyunçu lazımdır
Nərimanov Arena · 7×7Öz payını ödəyir

myGov ilə təsdiqlə, Fan ID al.

Təsdiq könüllüdür. Tətbiq onsuz da işləyir, amma bunlar yalnız təsdiqdən sonra açılır:

  • Fan ID və onunla dəvət
  • Depozit və nağd ödəniş
  • Açıq oyunlara müraciət
  • Beş aktiv bron (təsdiqsiz iki)

Komandanı yığ.Oyun səndən.

TezlikləApp StoreTezlikləGoogle Play

tutto tezliklə App Store və Google Play-də olacaq. Azərbaycan, rus və ingilis dillərində, +994 nömrə ilə qeydiyyat.