Tutto ilə Bakıda boş meydança tapırsan, saatı bronlayırsan, pulu dostlarla bölüşürsən və komandana oyunçu tapırsan. Sualın varsa, buradayıq.
Bizə yaz
Yazanda bunları qeyd et ki, tez kömək edək: qeydiyyatda olan telefon nömrən, oyunun tarixi və meydança, problem ödənişlədirsə məbləğ və vaxt.
Tez-tez verilən suallar
Necə bron edim?
"Kəşf" bölməsində meydança və boş saat seç, sonra ödəniş növünü seç və təsdiqlə. Saat təsdiq olunanda "Oyunlarım" bölməsində görünür.
Hansı ödəniş növləri var?
- Tam ödəyirəm: meydança haqqını indi kartla tam ödəyirsən.
- Depozit ilə bron: indi meydançanın təyin etdiyi depoziti ödəyirsən, qalanını sonra.
- Nağd: tətbiqdə heç nə ödəmirsən, meydança haqqını meydançada nağd verirsən.
Hansı növlərin açıq olduğu meydançadan asılıdır; tətbiq bron etməzdən əvvəl göstərir.
"Məbləği bölüşdür" necə işləyir?
Tam ödəyirəm və ya Depozit ilə bron seçəndə "Məbləği bölüşdür"ü yandıra bilərsən. Meydança haqqı oyunçular arasında bərabər bölünür və hər kəs öz payını tətbiqdə kartla ödəyir. Dostlar ödədikcə sənə düşən artıq məbləğ kartına qaytarılır. Paylar oyuna 3 saat qalanadək ödənilməlidir.
Dostlarımı necə dəvət edim?
Oyunun səhifəsində dəvət linkini paylaş (WhatsApp, Telegram, SMS). Dostun linki açıb oyuna qoşulur; tətbiqi yoxdursa, əvvəl yükləyir.
Komandama oyunçu çatmır, nə edim?
Oyunu "Oyun tap" bölməsində elan et: oyunçular müraciət edir, sən qəbul edirsən. Özün də "Oyun tap"da açıq oyunlara qoşula bilərsən.
Bronu necə ləğv edim? Pul geri qayıdırmı?
"Oyunlarım" → oyunu aç → Ləğv et. Ləğv etməzdən əvvəl tətbiq kartına nə qədər qaytarılacağını dəqiq göstərir.
- Pulsuz ləğv müddəti bitməmiş ləğv etsən (adətən oyuna 3 saat qalanadək; dəqiq vaxt bronda yazılır), hər ödəyənin ödədiyi tam öz kartına qaytarılır.
- Bu müddət bitəndən sonra ləğv etsən, kartlara heç nə qaytarılmır.
- Meydança oyunu ləğv etsə, ödənilən hər şey tam qaytarılır.
Pul kartıma nə vaxt qayıdır?
Qaytarma tətbiqdə dərhal görünür ("Profil" → "Ödənişlər və çeklər"). Pulun kartında görünməsi bankından asılıdır və bir neçə iş günü çəkə bilər. Çox gecikərsə, bizə yaz.
Ödəniş alınmadı. Pul çıxıbmı?
Kart ödənişi keçməyibsə pul çıxmır, tətbiq bunu yazır ("Pul çıxılmadı"). Əmin olmaq üçün "Profil" → "Ödənişlər və çeklər"ə bax: hər ödəniş və qaytarma orada görünür. Kartından pul çıxıb, amma orada görünmürsə, bizə yaz.
Çeki haradan alım?
"Profil" → "Ödənişlər və çeklər" → ödənişi aç: çek oradadır, paylaşa bilərsən.
SMS kodu gəlmir.
Nömrəni düzgün yazdığını yoxla, bir az gözlə və "Kodu yenidən göndər"ə bas. Kod yenə gəlmirsə, bizə yaz.
Kartımı necə silim və ya dəyişim?
"Profil" → "Saxlanmış kartlar".
Bildirişləri necə idarə edim?
"Profil" → "Bildiriş ayarları". Ödəniş və ləğv bildirişləri söndürülmür: pulunla bağlı xəbəri qaçırmamalısan.
Tətbiqin dilini necə dəyişim?
"Profil" → "Dil": Azərbaycan, Русский, English.
Hesabın silinməsi
- Tətbiqdə
- "Profil" → "Hesab məlumatları" → "Hesabı sil". Təsdiq üçün Face ID, Touch ID və ya telefonun PIN kodu soruşulur.
- Tətbiqə girə bilmirsənsə
- support@tutto.az ünvanına qeydiyyatda olan nömrəndən yaz, hesabını biz silək.
- Hesab silinəndə
- profilin, şəklin və şəxsi məlumatların silinir, hesaba bir daha girmək olmur. Qanunun tələb etdiyi ödəniş qeydləri tələb olunan müddət saxlanılır. Qarşıda oyunun varsa, əvvəl onu ləğv et.
Hüquqi
© 2026 Multi Solutions MMC · Bakı, Azərbaycan