1. Giriş
1.1.Bu Məxfilik Siyasəti Tutto mobil tətbiqinin ("Tətbiq") şəxsi məlumatları necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir. Tətbiq "MultiPay" MMC ("Şirkət") tərəfindən idarə olunur.
2. Toplanan məlumatlar
2.1.Tətbiq aşağıdakı məlumatları toplayır:
- Şəxsiyyət məlumatları: ad, soyad, telefon nömrəsi
- myGov məlumatları: FİN, doğum tarixi, cinsi (yalnız şəxsiyyət təsdiqi üçün)
- Ödəniş məlumatları: kart məlumatları (ödəniş provayderi vasitəsilə, Şirkət saxlamır)
- İstifadə məlumatları: bron tarixçəsi, oyun statistikası, reytinqlər
- Cihaz məlumatları: cihaz növü, əməliyyat sistemi, tətbiq versiyası
3. Məlumatların istifadəsi
3.1.Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- Hesab yaratma və kimlik təsdiqi
- Bron və ödəniş xidmətlərinin göstərilməsi
- Bildiriş göndərilməsi (bron, ödəniş, oyun yenilikləri)
- Xidmət keyfiyyətinin yaxşılaşdırılması
4. Məlumatların paylaşılması
4.1.Şəxsi məlumatlar aşağıdakı tərəflərlə paylaşıla bilər:
- Meydança sahibləri: bron məlumatları (ad, telefon)
- Ödəniş provayderi: ödəniş əməliyyatları üçün
- Dövlət orqanları: qanunla tələb olunduqda
4.2.Şirkət şəxsi məlumatları reklam məqsədilə üçüncü tərəflərə satmır.
5. Məlumatların saxlanması
5.1.Şəxsi məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır.
5.2.Hesab silindikdən sonra məlumatlar qanunvericiliyin tələb etdiyi müddət ərzində saxlanılır, sonra silinir.
6. Məlumatların qorunması
6.1.Şirkət şəxsi məlumatların qorunması üçün texniki və təşkilati tədbirlər görür.
6.2.FİN, OTP, PIN və kart məlumatları şifrələnmiş formada saxlanılır və ya saxlanılmır.
7. İstifadəçi hüquqları
7.1.İstifadəçilər aşağıdakı hüquqlara malikdir:
- Toplanan məlumatları görmək
- Məlumatların düzəldilməsini tələb etmək
- Hesabı və məlumatları silmək
8. Əlaqə
Məxfilik sualları üçün: privacy@tutto.az
Digər sənədİstifadə şərtləri